» » “Buratino” nümayiş olunacaq

“Buratino” nümayiş olunacaq

Mayın 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək.
Axşam.az xəbər verir ki, yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda fərqli şəkildə təqdim olunacaq. 

Qeyd edək ki, rejissor 2011-ci ildə bu tamaşanı Musiqili Teatrın nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında səhnəyə qoyub. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o, indi tamam fərqli aspektdən yanaşıb.
Gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan “Buratino”nun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar, bu qeyri-adi taxta oğlan - Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır.
Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.
DİGƏR XƏBƏRLƏR
SON XƏBƏRLƏR
12:51Məşhur müğənninin "21 dərəcə" qadağası12:51Bakıya gələn müğənni alt paltarını göstərdi - Foto12:50İran gənclərinin lüks həyatı - Fotolar12:47"Təhqirləriniz önəmsizdir" - Pərvindən açıq-saçıq foto12:47Zeynəb Xanlarovanın yeni fotoları12:46Lalə Azərtaş qızına ad günü etdi - Fotolar12:45"Elə bilirdim, böyüyəndə Rasim Balayevə ərə gedəcəm" - Röya12:44Azərbaycanlı aktrisa sinəsiaçıq fotosu ilə gündəmdə12:43“Buratino” nümayiş olunacaq12:42Çingiz "Eurovision"da ilk məşqini etdi - Fotolar+Video12:39İstirahət günü 18 dərəcə isti olacaq12:38İlhamə Quliyevanın varislərinə qarğış etdi: "Burnunuzdan gələcək"12:31Prezident və xanımı Rasim Balayevlə görüşdü - Fotolar12:29İnstaqramda bu gün nələr paylaşılıb?12:25Könül yenə fotoşopa "qaçdı" - Foto12:24Gülnarədən radikal dəyişim12:24Arvadına 5 milyon təzminat ödəyib12:23Zülfiyyənin qızı böyüyüb, belə oldu - Foto12:22Dünyanın ən qədim və böyük parkı12:21Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır12:19Beş gün evdə qalacağıq12:17Mehriban Əliyeva qızı ilə konsertdə - Fotolar12:16"Vəzifəm anamın, bacımın yanında olmaq idi" - Mahir21:19Bədən formasına uyğun paltar seçimi necə olmalıdır?21:18Stresə qarşı çay21:17Aktyorlar yanaraq öldülər21:16Mehriban Əliyevadan Ramazan təbriki21:16“Bizdə “lezva” mahnıları xoşlayırlar” - Nigar Camal21:13Məşhur “Chipolo” Bakıda – Artıq heç nə itməyəcək21:12Övladının dünyaya gəlməsi 12 saat çəkdi21:10Lalə və İlqar getdi, Pərvinlə Sənan gəldi21:08Sabah 27 dərəcə isti olacaq21:05Samiraya görə imkanlı şəxslərə müraciət olundu21:01Brillanta "zövqsüz" dedi - "Toydakılar ondan yaxşı geyinir"21:00“Adlarını çəkməyim onlara şərəf olar” - Tünzalə küsülü olduğu müğənnilər haqda20:59Bunları ye, hamilə qal20:58Yenidən “İstanbullu gəlin”ə qayıdır20:58Fədayə Laçın məhkəmədən vaxt istəyib20:57Təranə Səmədova azadlıqda20:56"Bərpası müzakirə predmeti deyil" - Prokurorluqdan ANS açıqlaması20:53Gülbən Ergən yenə ərə gedir - Foto20:51Büstqalter xərçəng riskini artırır20:49Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Marklın oğlu dünyaya gəlib.11:49"Sinəm çoxlarının xəyallarını bəzəyir" - modeldən etiraf11:48Cinsiyyətini dəyişdirən qardaşını təbrik etdi11:47Şebnem keçmiş sevgilisi ilə barışıb11:47"Kuşum" Aydından yeni mahnı11:46Hülyanın keçmiş əri sevgilisi ilə - Foto11:45"30 ildir atama, bacılarıma, qardaşıma baxıram" - Mətanət11:45Müşviq əməliyyat olunub
«    May 2019    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
FOTO QALAREYA